“Bakı Metropoliteni” gücləndirilmiş iş rejiminə keçdi

"Bakı Metropoliteni” qarlı hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
ANN.Az xəbər verir ki, bu barədə Lent.az-a Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, bütün stansiyaların giriş-çıxışları nəzarətdədir:
"Gecədən işə başlamışıq. Təmizlik işləri davam edir. Xüsusilə, depo ərazisində, yəni açıq ərazidə qatar yollarının təmizlənməsi həyata keçirilir”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























