• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclis rəhbərliyi baş redaktorlarla görüş keçirir

Milli Məclis rəhbərliyi baş redaktorlarla görüş keçirir
17.02.2017 14:40
Azərbaycan mətbuatı yarandığı gündən indiyə qədər şərəfli yol keçib.
 
"Mətbuat Azərbaycan dövlətinin yaranması və inkişafı, xalqımızın formalaşması, qarşıda duran hədəflərə nail olunması istiqamətində daim özünəməxsus mövqe sərgiləyib, xalqın keşməkeşli anlarında proseslərin önünə keçməyi bacarıb”.

"Report”un məlumatına görə, bunu Milli Məclisin (MM) sədr müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri bahar Muradova MM-də KİV rəhbərləri ilə görüşündə deyib.

B.Muradova bildirib ki, Azərbaycan mətbuatı yarandığı gündən indiyə qədər şərəfli yol keçərək bugünkü inkişaf səviyyəsinə çatıb: "Həm dövlətimizin yaranması, müstəqilliyini itirməsi, sonra yenidən bərpa etməsi, ərazi bütövlüyümüzün pozulması, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər daim mətbuatda öz əksini tapıb”.

O qeyd ki, bu gün Azərbaycan mətbuatı daim dövlətin diqqətindədir: "Azərbaycan inkişaf edən bir ölkədir, müstəqillik qazandığı müddət ərzində bir çox naliyyətlər əldə edib və bu naliyyətlərdən bir qismi də mətbuatla bağlıdır. Mətbuatla bağlı qanunvericilik təkmilləşdirilib, mətbuata dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Yenidən müstəqillik qazandıqdan sonra da mətbuat üzləşdiyi çətinlikləri ləyaqətlə dəf edib və demokratik cəmiyyətin yaranmasında özünəməxsus rol oynayıb. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev mətbuatın fəaliyyəti üçün daim lazımi addımlar atıb və mətbuat bugünkü inkişaf səviyyəsinə çatıb. Biz parlament olaraq mətbuatın işinə çox böyük önəm veririk. Milli Məclisin fəaliyyəti hər zaman mətbuatın gözü qarşısındadır. Hakimyətin qanadlarından biri kimi parlamentin fəaliyyətinin işıqlandırılmasında da mühüm rol oynayıb”.

Qeyd edək ki, görüşdə B.Muradova ilə yanaşı MM Aparatının rəhbəri Səfa Mirzəyev, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının üzvü Əflatun Amaşov, habelə, ölkənin aparıcı KİV-lərinin baş redaktorları iştirak edir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol