• $
  • €
  • ₽
  • ₺
  • £

Astaranın 80%-i işıqsız qalıb

Astaranın 80%-i işıqsız qalıb
17.02.2017 17:20
Rayonun 12 kəndinə gedən yol bağlanıb.

REPORT.AZ/ Güclü külək və qar səbəbi ilə Astaranın şəhərətrafı əraziləri və kəndləri işıqsız qalıb.

Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, fövqəladə hallar üzrə komissiyanın sədri İlqar Malıyev abonentlərin  "Report"un Cənub bürosuna bildirib ki, rayonun 80%-i işıqsız qalıb: "Yüksək gərginlikli 35 min kilovatlıq Lovain elektrik ötürücü xəttində qəza baş verib. Bununla paralel olaraq dağlıq, dağətəyi ərazilərdə yağıntının miqdarının çox olması və küləklə müşahidə olunması rabitə və elektrik təsərrüfatına ciddi ziyan vurub. Dirəklər aşıb, naqillər yararsız hala düşüb.

 Transformatorlarda qısaqapanmalar baş verib. Nəticədə rayonun 80%-i işıqsız qalıb. Dərhal briqadalar qəza yerlərinə çıxıb.

 Hazırda qəzaların bir çoxu aradan qaldırılıb. Lovain xəttində təmir-bərpa işlərinə başlanılıb. Görülən tədbirlər sayəsində enerjidən əhalinin 30 faizinə elektrik enerjisinin verilişi bərpa edilib. Günün sonuna qədər qəzaların aradan qaldırılmasının maksimuma çatdırılması üçün lazımi tədbirlər görülür."

İcra hakimiyyəti başçısının müavini əlavə edib ki, səhər saatlarından başlayaraq yolların qar və buz qatından təmizlənilməsinə başlanılıb: "Yollarda gediş-gəlişin təmin olunmasından ötrü texnika cəlb olunub. Bir istiqamətdən başqa, bütün yollarda hərəkətin bərpa edilib. İki ərazi vahidliyi üzrə 12 kəndi əhatə edən Hamuşam yolu isə hələlik bağlıdır. Bu kəndlər Astaranın Leriklə qonşu olan dağ kəndləridir".  

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol