Bakıda yollar buz bagladı

Bakı yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, paytaxtın əksər küçə və prospektində, o cümlədən Heydər Əliyev, Ziya Bünyadov və Tbilisi prospektlərində, Həsən Əliyev, A.Bakıxanov, A.M.Şərifzadə, A.Salamzadə, H.Seyidzadə küçələrində, 20 yanvar və Qələbə dairələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.
BNA mövcud vəziyyətin aradan qaldırılması və yollarda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq qurumlarla birgə iş aparır.
Məlumat üçün onu da qeyd edək ki, Heydər Əliyev prospekti - Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət daha 20 km/saat endirilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























