• $
  • €
  • ₽
  • ₺
  • £

“Semaşko” xəstələri pulsuz müalicə edir

“Semaşko” xəstələri pulsuz müalicə edir
20.02.2017 14:20
"Hazırda mərkəzdə rəsmi şəkildə heç bir pullu xidmət yoxdur. Əgər gələcəkdə burada hansısa xidmətin pullu olması qərarı verilərsə, bu, həyata keçirilə bilər. Təbii ki, bu da dövlətin verə biləcəyi qərardır. Ancaq biz xəstələri pulsuz müalicə edirik”. 

ANN.Az xəbər verir ki, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko”) baş həkimi Ədalət Dadaşovun "Report”a müsahibəsində deyib.

Ədalət Dadaşovun sözlərinə görə, ötən il Mərkəzə müraciət edənlərin ümumi sayı 24509 nəfər olub:

"Mərkəzimizdə 30 min adama stasionar, 50-60 min adama isə ambulator yardım göstərilirsə, təbii ki, hansısa xoşagəlməz hal ola bilər. Hər şeyin ideal olması mümkün deyil. Mərkəzimizin 1919 əməkdaşı var və iş prosesində gərginliklər də olur. Məsələn, hansısa narkomanı əməliyyat edirsən, oyananda sənin ailəndəki qadınları söyür. Sadəcə, işimizin xatirinə bunların hamısını uduruq. 

Ötən il Mərkəzə müraciət edənlərin ümumi sayı 24509 nəfər olub. Onlardan 12949-u terapevtik yönümlü, 7373-ü cərrahi xəstələr olub. Toksikologiya şöbəsində 2220, hemodializ şöbəsində 271, yoluxucu xəstəliklər şöbəsində isə 4582 nəfər müalicə olunub. Bu da 2015-ci ilə nisbətən təqribən 4500 xəstə azdır. Ambulator xəstələrin sayı isə 2015-ci ilə nisbətən 2000-dən çox olub”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol