• $
  • €
  • ₽
  • ₺
  • £

Qətərin təhsil naziri BDU-da olub

Qətərin təhsil naziri BDU-da olub
20.02.2017 23:02
Bakı Dövlət Universitetində (BDU) Qətər dövlətinin təhsil və ali təhsil naziri BDU-da olub.
 
 Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, qonaqları salamlayan rektor, akademik Abel Məhərrəmov İslam dünyasının inkişaf etmiş ölkələrindən olan Qətərlə Azərbaycan arasında diplomatik əlaqələrdən danışıb.
 
Rektor bildirib ki, ötən il Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Dohaya səfəri çərçivəsində Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi ilə görüşüb, ölkələr arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, birgə fəaliyyətin genişləndirilməsinin, elmi tədqiqatların aparılmasının əhəmiyyəti qeyd edilib.
 
Rektor, eyni zamanda qonaqlara BDU, onun beynəlxalq əlaqələri, o cümlədən islam universitetləri ilə əlaqələri barədə məlumat verib.
 
Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadinin islam dünyasının tanınmış elm-təhsil təşkilatçılarından biri olduğunu deyən rektor, ona universitetin fəxri qonağı diplomunu təqdim edib.
 
Sonra qonaq Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi BDU-da olmaqdan, "fəxri qonaq” adına layiq görülməkdən məmnunluğunu ifadə edib, gələcək fəaliyyətində də elm-təhsil sahəsində əlaqələrin inkişafına dəstək olacağını qeyd edib.
 
İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyevin çıxışından sonra tədbir tələbələrin çoxsaylı sualları ilə davam edib.
 
Sonda nümayəndə heyəti universitetin elmi-tədqiqat və tədris laboratoriyalarında olublar. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol