• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatımız aeroportda cərimə ödəməli oldu – FOTOLAR

Deputatımız aeroportda cərimə ödəməli oldu – FOTOLAR
21.02.2017 12:40
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa Heydər Əliyev Beynəlxalq Hava Limanında yaşanan hadisə ilə bağlı sosial şəbəkədə xəbər yayıb.

ANN.Az-ın məlumatına görə, deputat Facebook səhifəsində bildirib ki, oğlunu Macarıstana yola salmaq üçün bu gün sübh tezdən Heydər Əliyev Beynəlxalq Hava Limanına gedib.

Oğlu "Wizz Air” şirkətinin təyyarəsi ilə uçmalı imiş: "Bileti 18 gün öncə almışdım və sərnişinin oturacaq yeri də dəqiq təyin olunmuşdu. Baqajı təhvil verərkən məlum oldu ki, onlayn qeydiyyatdan keçməmişik. Bildirdim ki, əlimizdə bilet və dəqiq oturacaq yeri olduğu halda, niyə qeydiyyatdan keçməliyik və bu barədə bilet alarkən niyə xəbərdarlıq edilməyib? 

Şirkətin təmsilçisi Elnarə adlı xanım cavab verdi ki, bu qaydanı şirkət müəyyən edib və 30 avro məbləğində cərimə ödəməlisiniz. Bunun yanlış olduğunu və müştəridən əsassız vəsait almaq məqsədi güddüyünü söylədikdə, xanım qayıtdı ki, xoşunuz gəlmirsə, bizim təyyarədə uçmayın.

Hər şeyi bir tərəfə qoydum, daha çox xanımın işlədiyi şirkətin imicinə nə qədər zərbə vurduğunu bir anlığa düşündüm. Adətən, Türk Hava Yollarında, eləcə də bizim AZAL-da hər dəfə bu sözlər yaddaşımda qalır: "Bizimlə uçduğunuza görə təşəkkür edirik”. Bu xanım isə sərnişinə kobud formada deyir ki, "xoşunuz gəlmirsə, uçmayın!” Pulu ödəyib uşağı yola saldım, ancaq bu məsələni araşdırmağa çalışacağam, çünki başqa insanlara qarşı da şirkətin bu cür addımlar atması mümkündür”.
 




www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol