Kəsilən abituriyentlər də tələbə ola bilər

Qəbul imtahanlarında müsabiqə şərtlərini keçə bilməyən abituriyentlər üçün tələbə olmaq şansı yaradılır. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təkliflər göndərilib.
Xezerxeber.az-a istinadən məlumat verir ki, hazırlıq fakültələrinə qəbul ali təhsil müəssisələrinə tələbə qəbulunun yekun nəticələri elan olunduqdan sonra müəyyən olunmuş ixtisaslar üzrə boş qalan yerlərə həyata keçirilə bilər. Bu isə abituriyentlərin qəbul imtahanlarında əldə etdikləri nəticələrə əsasən, yeni müsabiqə şərtləri ilə olacaq.
Hazırlıq fakültələrində bir il təhsil almaq 1-ci kursa qəbul edilmək üçün əsasdır.
Hazırlıq fakültələrində oxuyan bütün abituriyentlərin hamısını 1-ci kursa qəbul edilməsi real görünmür. Güman edilir ki, hazırlıq fakultələrini bitirənlərin tədris göstəriciləri nəzərə alınacaq.
Müsabiqədənkənar qəbulun şərtləri və dəqiq detallar Nazirlər Kabinetinin təklifləri təsdiq etdikdən sonra məlum olacaq. Təkliflər qəbul olunacağı təqdirdə, ali təhsil müəssisələrinə tələbə qəbulunda müvafiq dəyişikliklər olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























