• $
  • €
  • ₽
  • ₺
  • £

Yaşı 100-dən çox olanların sayı açıqlanıb

Yaşı 100-dən çox olanların sayı açıqlanıb
23.02.2017 10:00
Azərbaycanda yaşı 100-dən çox olan insanların sayı açıqlanıb.

ANN.Az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Trend-ə bildirib ki, rəsmi statistik məlumatlara görə, ölkəmizdə 100 və daha çox yaşı olan 838 şəxs yaşayır.

U.Həşimova qeyd edib ki, Azərbaycanın bir sıra regionlarında yüksək uzunömürlülük indeksi qeydə alınır. İlkin rəqəmlərə görə, yüksək uzunömürlülük indeksi olan region əsasən Lənkərandır.

Onun sözlərinə görə, ənənəvi olaraq, ölkəmizin cənub-şərqindəki Talış dağları ərazisi uzunömürlülük zonası hesab edilir. Bu institutun laboratoriyasının dəlilləri ilə də təsdiqlənib.

İnstitut direktoru əlavə edib ki, uzunömürlülüyün yüksək indeksi Naxçıvan Muxtar Respublikası, Qazax və Şamaxı zonalarında da qeyd olunur:

"Lakin bunlar dəqiqləşdirilməmiş, başqa sözlə, verifikasiya edilməmiş məlumatlardır və bəzi hallarda təsdiqlənməyə də bilər. Məsələn, Naxçıvan da uzunömürlülük baxımından perspektivli sayılır. Belə ki, rəsmi statistikaya əsasən, burada 50-dən çox şəxs 100 yaş həddini keçib. Lakin bu məlumatlar da dəqiqləşdirilməlidir, çünki yaşın verifikasiyası zamanı ilkin göstəricilər dəyişir. Bu, çox vaxt onunla əlaqədar olur ki, 85 yaşdan yuxarı adamlarda öz yaşını "artırmaq” tendensiyası müşahidə edilir”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol