• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi məhsulların reklamına qadağa qoyula bilər

Bəzi məhsulların reklamına qadağa qoyula bilər
23.02.2017 17:39
Azərbaycanda sağlamlıq üçün təhlükə törədən məhsulların reklamının qadağan olunması, yeyinti məhsullarının reklamı ilə bağlı prosedurun dəyişdirilməsi təklif edilir.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Sağlam həyat tərzi üzrə milli koordinatoru Azad Hacıyev bildirib ki, əgər hansısa məhsul insanın sağlamlığı üçün təhlükə yaradırsa, onun ölkəyə gətirilməsinə məhdudiyyət qoyulmalı, reklamı da qadağan edilməlidir.

A.Hacıyevin sözlərinə görə, bəzi ölkələrdə genetik modifikasiya olunmuş məhsullardan istifadə edilir. Azərbaycanın qanunvericiliyinə görə, genetik modifikasiya olunmuş məhsulların idxalı və ölkədə istehsalı artıq qadağandır.

Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev isə deyib ki, təhlükəli məhsulların bazara yol açmaması üçün Azərbaycanda da yeyinti məhsullarının reklamı dünya ölkələrində olduğu kimi aparılmalıdır.

İttifaq sədri təklif edir ki, yeyinti məhsullarının reklam olunması üçün Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər müvafiq qurumlar həmin məhsulun insan sağlamlığına təhlükəsiz olması barədə rəy verməlidirlər. Yalnız bundan sonra yeyinti məhsullarının reklamına icazə verilməli, onun reklam işi təşkil olunmalıdır.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi insan sağlamlığı üçün zərərli olan kolbasa, çipsi, şokalad, qazlı su kimi məhsulların reklamının məhdudlaşdırılmasını təklif edib.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol