Dubaydan gətirilən "beşbarmaq" gömrükdə müsadirə olundU

Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajına rentgen aparatıyla baxış zamanı monitorda "beşbarmağ"ın təsviri görünüb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşa məxsus çamadanın içərisindəki şəxsi əşyaların arasında 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























