“BakıKart”ı onlayn formada yükləmək olacaq

Bank kartlarının sahibləri "BakıKart” nəqliyyat kartlarına gedişi onlayn formada yükləyə biləcəklər.
Bu barədə Trend-ə layihəyə yaxın mənbədən məlumat verilib. Məlumata görə, hazırda bu xidmət korporativ müştərilər üçün mövcuddur.
Hazırda bu xidmətin bütün müştərilərə şamil olunması üçün işlər davam etdirilir.
Qeyd edək ki, "BakıKart" Bakı Metropolitenində və sərniçşin avtobuslarında gediş haqqını ödəmək üçün istifadə olunur.
BakiKart-ların alınması və yüklənməsi BakıKart və MilliÖN terminallarında mümkündür. Kartın qiyməti 2 manat təşkil edir.
Bundan başqa, ictimai nəqliyyatdan az istifadə edən Bakı sakinləri və paytaxtın qonaqları üçün məhdud istifadəli Bakı Kart-lar nəzərdə tutulub ki, onların qiyməti 0,2 manat təşkil edir. Bu kartlara yalnız 4 gediş yükləmək olar. Bir gedişin qiyməti də 0,2 manat təşkil edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























