• $
  • €
  • ₽
  • ₺
  • £

Mart ayı üçün qeyri-iş günlərinin sayı açıqlandı

Mart ayı üçün qeyri-iş günlərinin sayı açıqlandı
27.02.2017 14:51
Azərbaycanda mart ayı ərzində bayram və istirahət günləri nəzərə alınmaqla, 14 günədək qeyri-iş günü olacaq.

ANN.Az xəbər verir ki, mart ayı ərzində 2 bayram qeyd olunacaq. 

Ölkə qanunvericiliyinə uyğun olaraq, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə 1 gün, Növruz bayramı münasibəti ilə 20-24 mart tarixləri, yəni 5 gün qeyri-iş günü hesab edilir. Bu il Novruz bayramı günlərində 5 günlük iş həftəsi ilə işləyənlər 9 gün, başqa sözlə, martın 18-dən 27-dək (martın 27-də iş günü olacaq) istirahət edə biləcəklər.

Ümumilikdə, bayram və istirahət günləri nəzərə alındıqda dövlət müəssisələrində 5 günlük iş həftəsi ilə çalışan işçilər mart ayı ərzində 14 gün, 6 günlük iş həftəsi ilə çalışanlar 10 gün istirahət edə biləcəklər.

Qeyd edək ki, 2017-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 5-i bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 110 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən, 1-i isə Ramazan bayramının bir gününün iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşən), iş günü hesab edilməyən 17 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü var.

Azərbaycan Respublikasının 30 dekabr 2005-ci il tarixli "Əmək Məcəlləsində əlavə və dəyişikliklərin edilməsi haqqında” Qanununa əsasən, bayram günləri həftə sonuna düşdükdə, bu bayramlar növbəti iş günlərinə keçirilir

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol