“Sovetski” ilə bağlı işlər nə yerdədir?

"Sovetski” adlanan ərazidə hal-hazırda söküntü və yenidənqurma işləri həyata keçirilir”.
ANN.Az xəbər verir ki, bunu APA-ya müsahibəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib.
Onun sözlərinə görə, ərazidə plana uyğun olaraq, ilk növbədə şəhər əhalisinin istirahəti məqsədilə yaşıllığın salınması nəzərdə tutulur:
"Eyni zamanda, yenidənqurma tədbirləri nəticəsində ətraf ərazilərdə mövcud olan nəqliyyat problemlərinin həlli ilə əlaqədar tədbirlər həyata keçiriləcək, Nərimanov prospekti və digər küçələr yenidən qurulacaq və bu, şəhərin mərkəzini tıxaclardan azad edəcək”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























