• $
  • €
  • ₽
  • ₺
  • £

Baş pediatr: “Valideynlərdən izahat alınacaq”

Baş pediatr: “Valideynlərdən izahat alınacaq”
01.03.2017 13:40
"Bəzi ailələrdə uşaqların hüquqları valideynlər tərəfindən pozulur. Elə ailələr də var ki, uşaqlar özbaşına böyüyür. Valideynin savadı yoxdur, kiminsə sözü ilə uşağını peyvənd elətdirmir”. APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib.
 
Onun sözlərinə görə, 2013-cü ilin aprelində Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə "Uşaqların icbari dispanserizasiyası haqqında” qanun və Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq təlimatda göstərilib ki, əgər valideyn uşağını tibbi müayinədən, peyvənd etdirməkdən imtina edərsə, ondan yazılı izahat alınmalıdır: "Əgər uşaq peyvənd olunmursa, o həm özü, həm ətrafdakı uşaqları risk altında qoymuş olur”.
 
N. Quliyev qeyd edib ki, Azərbaycanda hələ də uşaq əhalisinin 100% kompleks tibbi müayinədən keçirilməsinə nail olunmayıb: "2015-ci ildə Azərbaycanda uşaq əhalisinin 92%-i, 2016-cı ildə isə uşaq əhalisinin 90-91%-i icbari dispanserizasiyadan keçib”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol