• $
  • €
  • ₽
  • ₺
  • £

14 yaşlı qız üzərində unikal tibbi əməliyyat

14 yaşlı qız üzərində unikal tibbi əməliyyat
01.03.2017 20:40
Üç saat davam edən əməliyyat fəsadsız keçib və xəstəyə süni uşaqlıq yolu yaradılıb.

 REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 14 yaşlı qızın üzərində mürəkkəb tibbi əməliyyat icra edilib. 

Klinikadan "Report”a verilən məlumata görə, son dərəcə mürəkkəb əməliyyat Tədris Cərrahiyyə Klinikasının Mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov tərəfindən həyata keçirilib.

Onun sözlərinə görə, pasientin son bir ildə hər ay müntəzəm olaraq 3-5 gün çox şiddətli ağrıları olub, lakin menstrual qanaxma müşahidə olunmayıb: "Diaqnostik müayinələr zamanı pasientin anadangəlmə uşaqlıq yolunun qüsuru (tamamilə inkişaf etməməsi) aşkarlanıb. Hər ay menstrual qanaxmalar uşaqlıq yolu olmadığı üçün bayıra deyil, uşaqlıq boruları vasitəsilə daxilə, yəni qarın boşluğuna gedirmiş və ciddi ağrılara səbəb olurmuş”.

Mama-ginekologiya şöbəsinin müdirinin sözlərinə görə, bu qüsura 10 mindən bir qız uşağında rast gəlinir. Belə xəstələrdə eyni zamanda, ürək və böyrək qüsurları ehtimalları da artır. Lakin bu pasientin səhhətində başqa problem olmayıb.

Həkimin dediyinə görə, 3 saat davam edən əməliyyat fəsadsız keçib və süni uşaqlıq yolu yaradılıb: "Uşaqlıq yoluna müvəqqəti olaraq xüsusi balonlar yerləşdirilib. Uşaqlıq yolu inkişaf etmədiyi üçün qonşu orqanlar - sidik kisəsi və düz bağırsaq bir-biriylə bitişik halda idi və aralarını bu orqanlara zərər vermədən ayırmak xüsusi diqqət və təcrübə tələb edirdi. Gələcəkdə, yetkin yaşında, uşaqlıq yolunun korreksiyası üçün pasienti növbəti əməliyyat gözləyir”.

Hazırda 14 yaşlı pasientin vəziyəti yaxşıdır və artıq xəstəxanadan evə buraxılıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol