• $
  • €
  • ₽
  • ₺
  • £

Papaq atmağın qeyrətlə əlaqəsi varmı?

Papaq atmağın qeyrətlə əlaqəsi varmı?
02.03.2017 10:59
"Novruz bayramında qapılara papaq atmaq düzgün deyil və bu ənənə aradan qaldırılmalıdır”.

ANN.Az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim Folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli açıqlamasında deyib:

"Papağın atılması düzgün deyil. Çünki papaq ayaq altına atılmaz. O, qeyrət rəmzidir. Buna görə də, təbliğat aparmaq lazımdır ki, uşaqların papaqatdı ənənələri yığışdırılsın. Vaxtilə qurşaq atılıb, papaq yox. Əvvəllər oğlanlar bellərinə qurşaq bağlayar, həmin qurşağı açıb atardılar”.

A.Əhmədlinin bu iddiası cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri onun bu təklifini təqdir etsələr də, digərləri bunun əleyhinə çıxaraq populist çıxış olduğunu bildiriblər.

Tanınmış kulturoloq İlqar Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında papağın qapıya atılması məsələsinə münasibət bildirərək, bunda pis heç nə görmədiyini vurğulayıb: "Xalqın içindən gələn adət-ənənələri xalqa heç kim unutdura bilməz. Bu adət-ənənələr dünən də olub, bu gün də var, sabah da olacaq. Bu xalqın genindən gələn bir şeydir və belə də qalacaq. Adət-ənənəni mütləq şəkildə gələcək nəsillərə ötürmək lazımdır”.

Kulturoloq qeyd edib ki, əvvəllər dərvişlər evləri gəzərək xurcunlarını şirniyyatla, nemətlərlə doldururmuşlar: "Hətta bizim kəndə də dərvişlər gəlirdi. Qapıya gələn insanları əliboş qaytarmaq olmaz”.

"Papaq atmaq həmişə olub və olacaq da. Hər şeyi qeyrətə yazsaq, çox şeyi etməməliyik. Papaq atmağın qeyrətlə heç bir əlaqəsi yoxdur. Əksinə, xoş əhval-ruhiyyə yaratmaq üçün edirlər. Bu, rəmzi xarakter daşıyır”, - İlqar Hüseynov deyib. Kulturoloqun iki devalivasiyadan sonra hazırkı iqtisadi vəziyyəti nəzərə alaraq bayramın daha təmtəraqlı keçirilməsinə münasibəti belə olub:

"Xalq ən çətin günlərində də, hətta müharibə vaxtı da bu bayramı qeyd edib. Bu gün bolluqdur. Çörək boldursa, deməli, bayramı qeyd edə bilərik. Ən çətin yaşayan ailə də öz bayram süfrəsini aça bilir. Adət-ənənəmizi qorumalıyıq”. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol