• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ən çox tələbat olan peşələr

Bakıda ən çox tələbat olan peşələr
02.03.2017 10:40
Azərbaycan paytaxtında ən çox tələbat olan peşələrdən biri fəhləlikdir. 

ANN.Az xəbər verir ki, bu barədə haqqin.az-a Bakı Məşğulluq İdarəsindən bildiriblər. 

Bununla yanaşı, vakant yerlər sənaye və inşaat obyektlərində deyil, yaşayış-istismar idarələri, müxtəlif müəssisələrdədir. Əməkhaqqı isə yüksək deyil, inşaatda və ya neft sahəsində olan əməkhaqqının miqdarından dəfələrlə azdır. 

İkinci yerdə xidmət sahəsinin işçiləridir: satıcı və ofisiantlar. Burada tələb elektron tərəzi və ya kassa aparatında işləyə bilən şəxsləri istəyirlər. Ofisiant və barmenlərdən isə hotel, iri ticarət mərkəzlərində, mağaza şəbəkələrində işləmək tələb olunur. 

Maraqlıdır ki, üçüncü tələbat olan peşələr sırasında mühasib və menecerlərdir. Yəqin elə bu səbəbdən də Bakıda kompüter mühasibatı üzrə kurslar çoxluq təşkil edir. 

İdarədən bildiriblər ki, ali təhsil tələb edilən vakansiyalar azdır, cəmi 2%. Bəzən işə götürənlər həddən artıq yüksək tələblər irəli sürürlər. Bu səbəbdən də mühəndislər sürücü və ya qarovulçu işinə gedirlər. 

Müqayisə üçün bildirək ki, Rusiyada 2016-ci ildə ən çox tələbat olan peşələr sənaye istehsalı sahəsi, İT mütəxəssisləri, təmir və dizayn işi ilə əlaqədar olub. 

ABŞ-da biologiya və tibb sahəsinin mütəxəssisləri, daha sonra marketinq üzrə məsləhətçilər, proqram memarlardır. 

Dünyada ən çox tələbat olan işçilər mühəndislər, İT mütəxəssislər və həkimlərdir. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol