Bayram yarmarkaları yaradılır

Novruz bayramı ilə əlaqədar Bakının bəzi yerlərində çadırlar qurulub. Bayram çadırları əsasən insanların sıx olduğu yerlərdə və metrostansiyaların yaxınlığında yerləşir. Satıcılar burada satılan məhsulların bazardakılardan ucuz olduğunu bildirirlər.
ANN.Az xezerxeber.az-a istinadən xəbər verir ki, bayram çadırları mart ayının 25-nə kimi fəaliyyət göstərəcək.
Bayram atributları, suvenirlər və süfrə üçün ərzaqlar...
28 May metrostansiyasının qarşısında qurulmuş bu çadırda bayramlıq məhsulların qiymətləri ilə maraqlandıq. Burada şirniyyatlar, müxtəlif suvinerlər,güllər,ətirlər,eləcədə qab-qacaq satılır. Satıcılar deyir ki, burdakı qiymətlərlə bazardakılar arasında 15-20 faiz fərq var. Məsələn şirniyyatlar 5-12, süvunerlər 3-5, hədiyyəlik məhsullar 5-30, Səməni 80 qəpiklə -2 manat arasında satılır.
Metronun elmlər akademiyasının qarşısında da bayram çadırı qurulub. Burada əsasən müxtəlif hədiyyəlik əşyalar satılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























