• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda alkoqoliklərin sayı artıb

Azərbaycanda alkoqoliklərin sayı artıb
06.03.2017 11:29
Azərbaycanda 2015-ci ildə alkoqoliklərin sayında baş verən azalmadan sonra 2016-cı ildə onların sayında yenidən artım baş verib.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, 2011-ci ildə 19 765, 2012-ci ildə 21 103, 2013-cü ildə 21 584, 2014-cü ildə 22 278, 2015-ci ildə isə 21 777 nəfər alkoqolik qeydə alındığı halda, 2016-cı ildə onların sayı yenidən 21 909-a yüksəlib.

Ölkədə yeni qeydiyyata götürülən alkoqoliklərin sayı azalıb.

2014-cü ildə Azərbaycanda 881 nəfər, 2015-ci ildə 619, 2016-cı ildə 555 nəfər alkoqolik kimi yeni qeydiyyata götürülüb. Ölkədə 40 yaşından sonra alkoqolik kimi qeydiyyata götürülənlərin sayı çoxluq təşkil edir.

Son rəsmi məlumatlara əsasən, Azərbaycanda 2016-ci ildə 18-24 yaşlı 338 (2015-ci ildə 343, 2014-cü ildə 517), 25-29 yaşlı 924 (2015-ci ildə 928, 2014-cü ildə 1240), 30-34 yaşlı 1638 (2015-ci ildə 1599, 2014-cü ildə 1429), 35-39 yaşlı 1798 (2015-ci ildə 1660, 2014-cü ildə 1669), 40-44 yaşlı 2628 (2015-ci ildə 2709, 2014-cü ildə 2583), 45-49 yaşlı 3165 (2015-ci ildə 3175, 2014-cü ildə 3027), 50-54 yaşlı 3386 (2015-ci ildə 3347, 2014-cü ildə 3245), 55-59 yaşlı 3468 (2015-ci ildə 3434, 2014-cü ildə 3374), 60-64 yaşlı 2861, 65 yaşdan yuxarı 1713 (ümumilikdə 2014-cü ildə 60 yaşdan yuxarı 4582, 2014-cü ildə 5193 ) nəfər alkoqolik olub.

Azərbaycanda alkoqoliklər daha çox kişilərdir.

Səhiyyə Nazirliyindən bildirilib ki, Azərbaycanda alkoqoliklər yalnız könüllü müraciət etdikdə və məhkəmənin qərarı ilə məcburi müalicə təyin edildikdə rəsmi qeydiyyata götürülür.

Azərbaycanda məhkəmənin qərarı ilə verilən qərarlar istisna olmaqla, alkoqoliklərin müalicəsi daha çox könüllü şəkildə aparıldığından onların müalicəsinin aparılması üçün özlərinin istəyinin olması vacibdir.

Azərbaycanda alkoqoliklər daha çox xəstəliyin orta mərhələsində müalicə olunmaq üçün həkimə müraciət edirlər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol