Qubada xüsusi əməliyyat

54 ədəd dini kitab və 16 ədəd audi kaset aşkar edilərək götürülüb.
Quba rayonunda qanunla qadağan edilən dini təriqətlərdən birinin təbliği ilə məşğul olan şəxslər saxlanılıb.
"Report"un xəbərinə görə, rayon sakini Tehran Əmiraslanov qanunla qadağan edilmiş dini təriqətlərdən birinin təbliği ilə məşğul olurmuş. O, bu məqsədlə evində yığıncaq təşkil edib. Hüquq-mühafizə orqanının əməkdaşlarının keçirdiyi əməliyyat zamanı yığıncaqda iştirak edən təşkilatçı ilə bərabər 22 nəfər saxlanılıb.
Evdən qanunla qadağan edilmiş 54 ədəd dini kitab və 16 ədəd audi kaset aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























