MSK sədrindən siyasi partiyalara MÜRACİƏT

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov siyasi partiyalara müraciət edib.
ANN.Az Trend-ə istinadən xəbər verir ki, M.Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib ki, siyasi partiyaların illik maliyyə hesabatının təqdim edilməsi müddəti aprelin 1-də başa çatır: "Ona görə siyasi partiyalara müraciət edirəm ki, illik maliyyə hesabatlarını təqdim etsinlər. Bu məsələlərlə beynəlxalq qurumlar da maraqlanırlar".
M.Pənahov bildirib ki, hesabatı müəyyən vaxtda təqdim etməyən siyasi partiyalarla bağlı qanunvericilyə uyğun qaydada tədbirlər görüləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























