• $
  • €
  • ₽
  • ₺
  • £

Məleykə Abbaszadə: “İmtahana hazırlıqlı gələn abituriyent üçün ikinci cəhd lazım deyil”

Məleykə Abbaszadə: “İmtahana hazırlıqlı gələn abituriyent üçün ikinci cəhd lazım deyil”
07.03.2017 14:45
"İndiyə qədər imtahanda iştirak etməyən əvvəlki illərin məzunları imtahana dövlət hesabına qatılacaq”

ANN.AZ/ "İmtahan qiymətləri müəyyənləşdirilərkən ilk növbədə indiyə qədər büdcədən imtahanlara ayrılan pul və Dövlət İmtahan Mərkəzinin hər bir namizədə xərclədiyi məbləğ hesablanıb".

"ANN" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, imtahan qiymətlərində texnoloji, texniki dəyişikliklər, imtahanların keyfiyyətinin yüksəldilməsi üçün görüləcək tədbirlər də öz əksini tapıb: "Bu ilki məzunlar, yəni kim ilk dəfə imtahan üçün müraciət edəcəksə, həmçinin indiyə qədər imtahanda iştirak etməyən əvvəlki illərin məzunları imtahana dövlət hesabına qatılacaq. Tariflər müəyyənləşməli idi, çünki biz dövlət tərəfindən yaradılmış publik hüquqi şəxsik, amma dövlət tərəfindən maliyyələşmirik". 

Sədrin sözlərinə görə, bu il qaydalara əsasən abituriyentlər ikinci dəfə imtahan verə bilər: "Amma heç kim onları məcbur etmir ki, ikinci dəfə imtahana girsin. İmtahana hazırlıqlı gəlmək lazımdır. Hazırlıqlı gələn şəxs üçün ikinci cəhd lazım deyil".

M.Abbaszadə qeyd edib ki, keçən il ali məktəblərə 88 min adam sənəd vermişdi: "Bu il də təxminən o qədər abituriyentin imtahan verməsi gözlənilir. Onların təxminən 70 mini ilk dəfə imtahan verənlərdir, yəni, əsas iştirakçılar dövlət hesabına pulsuz imtahan verəcək".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol