• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: "Qırğız hökuməti belə addım atarkən nə etdiyini bilməli idi"

Deputat: "Qırğız hökuməti belə addım atarkən nə etdiyini bilməli idi"
08.03.2017 16:00
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabad Sammitində Qırğızıstan Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnaməyə qoşulmayıb. Bu, Azərbaycan siyasi dairələrində narazılıqla qarşılanıb.

Milli.Az xəbər verir ki. Milli Məclisin Azərbaycan-Qırğızıstan parlamentlərarası işçi qrupunun üzvü Məlahət İbrahimqızı modern.az-a açıqlama verib. O bildirib ki, Qırğızıstan hökuməti bu məsələdə diqqətli olmalı idi.

"Qırğızıstan türkdilli dövlətlərin parlament Assambleyasında təmsil olunmaqla yanaşı, Qırğızıstanın türkdilli dövlətidir. Onlardan umacağımız çoxdur. Biz türkdilli dövlət olaraq bir çox məsələlərdə bir-birimizi müdafiə etmişik və edirik. Qətnaməyə qoşulmamaqla bağlı onu deyə bilərəm ki, görünür, Qırğızıstan parlamentində müəyyən qüvvələr var ki, onlar hələ də türkdilli dövlətlər arasında olan əməkdaşlığa, işbirliyinə, qardaşlığa xələl gətirmək niyyətindədir. Bunu ancaq belə izah edə bilərəm. Qırğızıstan Azərbaycanın strateji müttəfiqidir. Biz bütün məsələlərdə ortaq məxrəcə gələ bilirik. Təhsil, mədəniyyət sahəsində çox ciddi əməkdaşlığa malikik.  Bunlar türkdilli ölkələrin nizamnaməsində öz əksini tapıb. Ona görə də Qırğızıstanın bu qətnaməyə qoşulmaması doğru addım deyil. Türk dünyasının birliyinə hər bir türk dövləti önəm verməlidir. Qarabağ məsələsi də türk dövlətlərinin ən həssas məsələlərindən biridir. Hər halda, Qırğızıstan hökuməti belə addım atarkən nə etdiyini bilməli idi".

İqtisadi Əməkdaşlıq Təşkilatının 1985-ci ildə Pakistan, Türkiyə, İran tərəfindən qurulub. 1993-cü ildən Azərbaycan və 5 Orta Asiya respublikası bu quruma üzv olublar.

Bu il martın 1-də Pakistanda qurumun XIII sammiti keçirilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol