• $
  • €
  • ₽
  • ₺
  • £

DİM imtahan pullarından milyonlar qazanacaq

DİM imtahan pullarından milyonlar qazanacaq
09.03.2017 13:00
Tarif Şurası Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən ödənişli xidmətlərin, yəni imtahanların yeni qiymətlərini elan edib.

Bu qiymətlər ictimaiyyət arasında narazılığa səbəb olub. Təhsil ekspertləri də bu cür qiymətlərin onlar üçün gözlənilməz olduğunu qeyd edib. Bir daha xatırlatsaq, 20 manat olan imtahan qiyməti ƏDV ilə 23.6 azn, 40 manat olan imtahan qiyməti ƏDV ilə 47.2 azn, 50 manat olan imtahan qiyməti ƏDV ilə 59 azn, 60 manat olan imtahan qiyməti ƏDV ilə 70.8 azn,100 manat olan imtahan qiyməti ƏDV ilə 118 azn-dir.

Milli.Az xəbər verir ki, qafqazinfo bu məqamda Dövlət İmtahan Mərkəzinin yeni elan olunmuş qiymətlərə əsasən, bu il keçiriləcək imtahanlardan əldə edəcəyi məbləği araşdırıb. Araşdırma rəqəmləri isə ötən il sözügedən imtahanlarda iştirak edən tələbələrin sayı əsasında aparılıb.

Belə ki, ötən il orta ixtisas məktəblərinə qəbul olmaq üçün sənəd təqdim edənlərin sayı 9 illikdə 25 min nəfər olub. 11 illikdən orta ixtisas məktəblərinə imtahan verənlərin sayı 50 324, ali təhsil müəssisələrinə imtahan verənlərin sayı 82 866, magistr pilləsinə qəbul olmaq istəyən bakalavrların sayı 24 558, rezidenturaya qəbul olmaq üçün sənəd təqdim edən şəxslərin say 1 500 nəfər olub. Rus bölməsinin abituriyentlərinin Azərbaycan dilindən imtahan verənlərinin sayı 7 909-dur. Xüsusi qabiliyyət tələb edən ixtisaslara 35 000 abituriyent imtahan verib.

Beləliklə, indi açıqlanan imtahan qiymətləri ilə ötən il imtahan verən abituriyentlərin sayını hesablayıb müvafiq vurma və toplama əməli nəticəsində məlum olur ki, Dövlət İmtahan Mərkəzi ( TQDK) bu il təxminən 11 milyon 467 min 369 manat vəsait qazanmış olacaq. Əlavə olaraq, magistr və rezidenturanın ikinci mərhələlərinidə iştirak edəcək abituriyentlərin sayını nəzərə alsaq, gəlirin 15 milyona yaxın olacağı istisna deyil.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol