Tələbələrin ölümünə səbəb olan sürücü tutuldu

Bakıdan Sumqayıt şəhəri istiqamətinə gedərkən qəzaya uğrayan mikroavtobusun sürücüsü saxlanılıb
"Ölkə.Az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən "Report"a bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək dəmir yolayrıcına çırpılıb. "Onun qarşısına piyada çıxmayıb", - deyə, idarədən bildirilib.
Hüseynov Namiq Hüseyn oğlu dindirilir, həmçinin, onun sərxoş olub-olmadığı araşdırılır.
Faktla bağlı cinayət işi başlanılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























