• $
  • €
  • ₽
  • ₺
  • £

Qəzada ölən İbrahimin son sözləri: Bayramda atamın yanında olacağam

Qəzada ölən İbrahimin son sözləri: Bayramda atamın yanında olacağam
10.03.2017 10:28
Dünən Sumqayıt yolunda baş verən faciəvi qəzada dünyasını dəyişən tələbələrdən biri - Sumqayıt Universitetinin tələbəsi İbrahim Nəsibovun cənazəsi Cəlilabad rayonuna aparılıb.

ANN.Az yeniçağ.az-a istinadən bildirir ki, mərhumun qardaşı həyəcan keçirtdiyi üçün danışa bilmədiyini deyərək telefonu bibisinə verib.

İbrahim haqqında danışan bibisi dünən axşam onunla son dəfə görüşdüyünü deyib: 

"1997-ci ildə doğulmuşdu. Qardaşımın belini bükdü, İbrahim elə oğul idi ki, onunla bütün rayon fəxr edirdi. Hündür, yaraşıqlı, ağıllı oğlan idi. Universitetdə hamı onun ağlından-kamalından danışırdı. Dünən bizə gəldi, çimdi, dedi-güldü, zarafatlaşdı. Dedi ki, bibi, martın 14-nü, axır çərşənbəni sizinlə keçirəcəyəm, bayramı isə atamın yanında, rayonda olacağam. Mən daha onun yolunu gözləməyəcəm. Qardaşımın balası bizi həmişəlik tərk etdi”.

Bibisinin dediyinə görə, İbrahimin ölüm xəbərini atasına telefon vasitəsilə çatdırıblar: 

"İbrahim qəzada öləndə telefonu yerə düşübmüş. Onun telefonundan atasını yığıb deyiblər ki, balanın vəziyyəti ağırdır, tez gəl. Atası şok keçirdib. Bu bəlanı ömür boyu unutmarıq”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol