Samuxda 2 otaqlı ev yanıb

Səhər saatlarında Samuxda yanğın faktı qeydə alınıb.
Trend-ə FHN-dən verilən məlumata görə, rayonun Salahlı kəndində, vətəndaşa məxsus, ümumi sahəsi 56 m2 olan birmərtəbəli 2 otaqlı evdə yanğın baş verib. Nəticədə evin 1 otağının yanar konstruksiyaları 28 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 07:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























