• $
  • €
  • ₽
  • ₺
  • £

"Azəriqaz"-ın rəhbəri işdən çıxarıldı? — YENİLƏNİB

"Azəriqaz"-ın rəhbəri işdən çıxarıldı? — YENİLƏNİB
13.03.2017 15:36
Bu gün "Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyevin işdən çıxarıldığı barədə məlumat əldə etmişik.

Məlumata əsasən, Əkbər Hacıyev tutduğu vəzifədən azad edilib. Onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir.

Qeyd edək ki, verilən xəbərə görə, Əkbər Hacıyevdən başqa qurumun bir neçə nəfər yüksək vəzifəli şəxsi də işdən azad edilib. Bu şəxslər qurumun Regional Qaz İstismar İdarələrinin rəisləridir.

Məsələni aydınlaşdırmaq üçün Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayevlə əlaqə saxladıq.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev "Ölkə.Az"-a iddianın əsassız olduğunu bildirib və ümumi şəkildə hamının iş başında olduğunu qeyd edib.

Departament və regional rəislərin işdən azad edilməsi məsələsinə gəldikdə isə İbrahim Kərbalayev bildirib ki, işdən çıxarılma yox, yer dəyişmə var:

"Departament rəisləri işdən azad edilməyib. Yerdəyişmələr olub".

Qeyd edək ki, Hüquq Departamentinin rəisi Elbrus Məmmədovu, Bakı Sayğaclaşdırma Departamentinin rəisi Elşən Quliyevi, Bakı İstismar Departamentinin rəisi Osman Behbudovu, həmin idarənin baş mühəndisi və "Azəriqaz”ın bir neçə regional idarələrinin rəislərinin işdən azad edildiyi xəbəri yayılıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol