• $
  • €
  • ₽
  • ₺
  • £

Səfir: “Niderland CQD-nin inşasına xüsusi əhəmiyyət verir”

Səfir: “Niderland CQD-nin inşasına xüsusi əhəmiyyət verir”
13.03.2017 18:20
Niderland Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Onno Kervers Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.

Görüşdə Hollandiya şirkətlərinin aprelin 12-də Bakıda keçiriləcək Caspian Energy Forum – 2017-də iştirakı mövzusuna toxunulub.

Səfir ölkədə həyata keçirilən iqtisadi islahatların və Avropa investorlarının Azərbaycanın regional layihələrində və iqtisadiyyatının diversifikasiyasında iştirakının əhəmiyyətini vurğulayıb. "Azərbaycanla Niderland arasında iqtisadiyyat, ticarət və investisiya sahələrində artıq geniş əməkdaşlıq yaradılıb. Müxtəlif beynəlxalq təşəbbüslərə və Azərbaycanın mövqeyinə nəzər yetirsək, Bakı Beynəlxalq Dəniz Ticarət Limanın maraqlı layihə olduğunu deyə bilərik. Bizim Şimal-Cənub adlı nəqliyyat dəhlizimiz var. Plana əsasən, bu dəhliz Sankt-Peterburqdan Mumbaya qədər uzanmalıdır. Xəritəyə baxsaq, marşrutun bu regionla da kəsişdiyini görə bilərik. Beləliklə, infrastrukturun inkişafı və yaxşılaşması, həmçinin Xəzər dənizindəki azad ticarət zonası, sözsüz ki, bu məsələdə mühüm rol oynayacaq. Əlbəttə ki, Şimal-Cənub marşrutu ilə yanaşı, Şərq-Qərb marşrutu, yeni İpək Yolu da mövcuddur ki, bu da öz növbəsində geniş imkanlar yaradır”, - deyə səfir qeyd edib.

Bundan əlavə, Onno Kervers bildirib ki, ötən ilin dekabrında qəbul edilmiş Yol Xəritələri, həmçinin Azərbaycan iqtisadiyyatının diversifikasiyası planı Niderlandın Azərbaycanla əməkdaşlıqda can atdığı məsələlərlə yaxşı uyğunlaşır. Belə ki, prioriteti iki ölkə arasında dərin əməkdaşlıq əlaqələrinin mövcud olduğu kənd təsərrüfatı, eləcə də Hollandiya şirkətləri ilə əməkdaşlıq da daxil olmaqla Hollandiya texnologiyasının və nou-haunun tətbiqi təşkil edir. Onun sözlərinə görə, hal-hazırda bütün səylər bu hədəflərə yönəldilib.

Cənub Qaz Dəhlizinin (CQD) inşasının həyata keçirilməsinə gəlincə, səfir qeyd edib ki, Niderland CQD-nin inşasına xüsusi əhəmiyyət verir. Bilavasitə onun benefisiarı olmasa da, Avropa və Niderland dəhlizin bir hissəsi olaraq öz enerji ehtiyat mənbələrini diversifikasiya etdiyindən bu, siyasi və strateji mənada çox vacibdir.

Görüşün sonunda səfir Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibədə o, ikitərəfli əlaqələrin inkişaf imkanlarına, iqtisadi əməkdaşlığın genişləndirilməsinə toxunub, həmşinin enerji əməkdaşlığının inkişafı məsələsindən söz açıb. Müsahibə ilə www.caspianenergy.net. saytında tanış ola bilərsiniz.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol