• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 30 bina söküləcək

Bakıda 30 bina söküləcək
15.03.2017 11:45
Bakıda 30 "Xuruşşovka” tipli binaların sökülməsinə qərar verilib. Ötən əsrin 50-ci illərində inşa edilən və istifadə müddətini başa çatan bu binaların əksəriyyəti Nəsimi rayonu 1-ci mikrorayon ərazisində yerləşir.

ANN.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu binalardan köçürüləcək 4 min sakin bir neçə il kirayə evlərdə qaldıqdan sonra yeni və daha geniş mənzillərə köçə biləcəklər.

Söküntü işlərinin aparılması və həmin ərazilərdə yeni binaların tikintisini Fövqəladə Hallar Nazirlyinin nəzarəti ilə özəl şirkətlər öz vəsaitləri və kreditləri hesabına həyata keçirəcək.

Sakinlər tikinti aparacaq şirkət hesabına kirayə evlərə köçürüləcək və tikinti başa çatdıqdan sonra onlara həmin ərazidə inşa edilən hündürmərtəbəli binada öz evlərindən 10% daha geniş evlər veriləcək.

Yeni binada hər bir vətəndaşa hazırda yaşadığı mərtəbəyə uyğun ev veriləcək. Söküntü işlərinə nə zaman başlanacağı isə dəqiq bilinmir.

Ekspertlər isə hesab edir ki, paytaxt ərazisində belə böyük həcmli söküntü işinin aparılması kirayə qiymətlərinə təsir edəcək.

Yeni binaların təhvil verilməsi isə yeni evlərdə qiymət artımının qarşısını alacağı proqnozlaşdırılır. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol