• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının Binəqədi rayonunda kütləvi dava bıçaqlanma ilə nəticələnib

Bakının Binəqədi rayonunda kütləvi dava bıçaqlanma ilə nəticələnib
15.03.2017 18:20
SalamNews, A.İsrafilov. Hadisə Azadlıq prospektində baş verib. Belə ki, bir gün əvvəl 38 yaşlı Namiq Novruzov və 34 yaşlı Anar Məlikdadaşovun tanışları ilə mübahisəsi düşüb.

SalamNews-a verilən məlumata görə, iki gün davam edən mübahisədən sonra, qarşı tərəf Namiq Novruzov və Anar Məlikdadaşovu Azadlıq prospektində görüşə çağırıblar. Görüşə Namiq, Anar və iki dostu gedib. Qarşı tərəfdən isə 5 nəfər gəlib. Tezliklə mübahisəyə çevrilən söhbət xoşluqla həll olunmadıqda, qarşı tərəfdən gələnlərdən biri Namiq Novruzov və Anar Məlikdadaşova bıçaq zərbələri endirib. Daha sonra  hamısı hadisə yerini tərk ediblər.

Yaralılar, dostlarının çağırdığı təcili tibbi yardımla xəstəxanaya çatdırılıblar. Əməliyyat olunduqdan sonra yaralıların həyatı üçün təhlükə aradan qaldırılıb.

Binəqədi Rayonu Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları hadisəni törədən şəxsləri müəyyən etsələr də hələlik ki, onları saxlamaq mümkün olmayıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət  işi başlanıb. Araşdırmalar davam etdirlir. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol