• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yaşamaq üçün 97 nəfər məqsədli nikaha daxil olub

Azərbaycanda yaşamaq üçün 97 nəfər məqsədli nikaha daxil olub
16.03.2017 21:30
2009-cu ildən bu günə kimi 24 min 943 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin isə Azərbaycandan çıxarılması təmin edilib.

ANN.Az report-a istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.

O bildirib ki, 8 ildə miqrasiya qanunvericiliyinin tələblərinin pozulması halları ilə bağlı ümumilikdə 172 min 25 nəfər əcnəbi, vətəndaşlığı olmayan şəxs və Azərbaycan vətəndaşı barədə müvafiq qərarlar qəbul olunub: "2012-2015-ci illər ərzində 910 hüquqi şəxs, 405 fiziki şəxs və 330 filial və ya nümayəndəlik olmaqla, ümumilikdə 1 min 645 sahibkarlıq subyektində yoxlama keçirilib. Yoxlamalar zamanı ümumilikdə 8 min 760 nəfər əcnəbinin qanunsuz olaraq əmək fəaliyyətinə cəlb olunduğu aşkar edilib. Yoxlamaların nəticəsi olaraq 631 sahibkarlıq subyektinə cərimə tətbiq edilməklə barələrində inzibati qərar qəbul edilib. 

Bunlar əsasən tikinti, tibb, təhsil və digər sahəsi üzrə, o cümlədən küçə ticarəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olub".

O qeyd edib ki, Azərbaycan vətəndaşı ilə yaxın qohumluq münasibətində olma əsası ilə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi üçün müraciət edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin bu məqsədlə 97 halda məqsədli nikaha daxil olma halları müəyyən edilib və bununla bağlı sui-istifadənin qarşısı alınıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol