• $
  • €
  • ₽
  • ₺
  • £

BANM-də Xonça Festivalı

BANM-də Xonça Festivalı
17.03.2017 16:01
Bakı Ali Neft Məktəbində (BANM) Novruz bayramına həsr olunmuş Xonça Festivalı keçirilib. BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Festival Ali Məktəbin İngilis dili və humanitar fənlər mərkəzi tərəfindən təşkil olunmuşdur. Tələbələr 14 müxtəlif komanda tərkibində tədbirdə iştirak etdilər.

Novruz bayramının ölkəmizdə, xüsusilə gənclər arasında geniş qeyd edilmə ənənəsi mövcuddur. Səməni və boyanmış yumurtalar Novruzun xüsusi simvollarıdır. Eyni zamanda, yumurta döyüşdürmək kimi bir adətimiz də var. BANM-in tələbələri və müəllim kollektivi Novruzu birgə qeyd edərək onu hazırlıq kursunun ən yaddaqalan xatirəsinə çevirdilər.

Festival çərçivəsində üç müsabiqə təşkil olunmuşdur: Xonça müsabiqəsi, yumurta döyüşü və şirniyyatın sürətlə yeyilməsi. Festivalda tələbələr tərəfindən bəzədilmiş rəmzi məna daşıyan 20 xonça təqdim edilmişdir. Xonçalara düzülmüş şirniyyatlar və səmənilər insanların könlünə yaz, təzəlik ab-havası gətirməklə tədbirdə xüsusi bayram əhval-ruhiyyəsi yaratmışdır.

Xonça müsabiqəsində ən zövqlü tərtibata görə "İngilis N2” qrupu qələbə kubokunu qazanmışdır. Yumurta döyüşü müsabiqəsinin qalibi BANM-in "Neft-Qaz Mühəndisliyi” ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Asəf Səfərov oldu.

 Şirniyyatların sürətlə yeyilməsi müsabiqəsində Ali Məktəbin "Kimya Mühəndisliyi” ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Fərid Tağıyev qalib gəldi. BANM-in rektoru Elmar Qasımov qalib gəlmiş tələbələri xüsusi qeyd edərək bütün festival iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etdi.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol