• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda fahişələr vergi ödəsin - TƏKLİF

Azərbaycanda fahişələr vergi ödəsin - TƏKLİF
17.03.2017 11:15
Əksər ölkələrdə küçə qadınları, loru dillə desək, fahişələr dövlət tərəfindən qeydiyyata alınıb. Daşıyıcı xəstəliklərin yayılmasının qarşısını almaq üçün onlar mütəmadi müayinə edilir. Almaniya, Hollandiya kimi ölkələr isə onların fəaliyyətini leqallaşdırıb. Fahişəliklə məşğul olan şəxslər dövlətə vergi ödəyirlər.

Azərbaycanda isə vəziyyət fərqlidir. "Qədim peşə" ilə məşğul olan qadınlar dövlət qeydiyyatında deyil. Onlar heç bir tibbi müayinədən keçmirlər.

ANN.Az xəbər verir ki, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova metbuat.az-a açıqlamasında bildirdi ki, məsələ ciddi müzakirə edilməlidir.

"Xəstəlikləri, sadəcə, qadınlar deyil, kişilər də yayır. Məlumatlı olmayan şəxs bu xəstəliyə yoluxa bilər, yoluxdura bilər. Ona görə də, sırf bunu qadınlara aid etmək düzgün deyil. Hər dəfə reydlər təşkil olunanda, həmin qadınlar bu fəliyyətlə məşğul olduqları üçün rüsum ödəyirlər. Təbii ki, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq. Bunu peşə kimi təqdim etmək lazımdır. 

Amma psixoloji cəhətdən çətin məsələdir. Bu, məcburi olmalıdır. Belə olarsa, onların sayı da azalacaq. Olmasa da, gizli şəkildə davam etdiriləcək. Məsələn, Türkiyədə həmin qadınlar vergi ödəyirlər. Onların həmkarlar ittifaqı da var. Düzdür, onların fəaliyyəti leqallaşdırılmayıb, amma bu formada istifadə edirlər. Almaniya, Hollandiya və digər ölkələr bunu leqallaşdırılıb. Bu, həmin ölkələrdə rəsmi fəliyyət sahəsi hesab olunur".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol