Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş əməliyyatçısı narkotiklə tutulub

Onun üzərindən səkkiz bükümdə heroin götürülüb.
REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) Cənub Regional Şöbəsinin keçmiş əməliyyatçısı narkotik maddə ilə tutulub.
"Report"un Cənub bürosunun məlumatına görə, BNMİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyya-axtarış tədbirləri nəticəsində İdarəni Cənub Regional Şöbəsinin keçmiş əməliyyatçı Nazim Xəlilov tutulub. Onun üzərinə baxış keçirilən zaman səkkiz bükümdə narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























