Xərçəng xəstəliyinin dərmanı tapıldı

Antarktidada yerləşən "Akademik Verdanskiy” stansiyasında işləyən Ukrayna alimləri xərçəng əleyhinə dərmanın yaradılmasına nail olublar.
ANN.Az-ın Trend-ə istinadən verdiyi məlumata əsasən, bu haqda Ukraynanın Milli Antarktida Mərkəzinin direktoru Valeriy Litvinov deyib.
Onun sözlərinə görə, dərman ekstremal şəraitdə yaşayan və ekstremal imkanlara malik olan Antarktik mikroorqanizmlər əsasında yaradılıb.
Qeyd olunur ki, "Melovit” adlandırılan dərmanın lisenziyasını biologiya institutu artıq alıb. Lakin, dərman klinik sınaqlardan sonra geniş kütlənin istifadəsinə veriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























