Rezident həkimlər iki aydır maaş ala bilmir

Dövlət xəstəxanalarında çalışanlar əməkhaqlarını tələb edirlər.
Azərbaycanın dövlət tibb müəssisələrinin rezidentlərinə 2017-ci il başlayandan əmək haqqı verilməyib. Bu barədə "Bizim Yol”a rezidentlər bildirib.
"Azərbaycan Tibb Universitetini bitirib ixtisas seçirik və o ixtisası öyrənmək üçün ixtisasa müvafiq olaraq 3-5 il asissent həkim-rezident oluraq çalışırıq. Bizi görünür hələ də uşaq bilirlər. Çünki dekabrdan bəri maaş almamışıq. Ya da bizi rüşvətə indidən öyrətmək istəyirlər. Pulsuz qoyub, əyri yollara yönləndirirlər. Bu məsələylə bağlı rəsmi qurumlar düz-əməlli cavab vermir. Düşündük ki, ictimailəşdirsək bəlkə faydası oldu. Ona görə sizə müraciət edirik. Əgər bu məsələni ictimailəşdirsəniz minnətdar olarıq",-deyə rezident bildirib.
Şikayətçi Ak.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında çalışır.
Əmək haqqının verilməməsindən şikayət edənlərdən biri də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidentidir.
"Biz yüzlərlə gənc rezident həkimləri 2017-ci ildən bəri maaş ala bilmirik. Maaşın məbləği 152 manatdır. Bu vəsait isə rezidentin yol pulu, kirayə pulu və ya dolanışıq puludur. Əlavə heç bir qazanc əldə edə bilməyən rezident 2 aydan çoxdur maaş ala bilməməsi heç kimi maraqlandırmır. Baxmayaraq ki, calışdığımız və tabeliyində olduğumuz müəssisə və xəstəxanalarda digər işçilər maaş alıb, rezidentlərə hələ də maaş verilmir. Maraqlananda deyirlər ki, bu məsələnin həlli Nazirlər Kabinetindən asılıdır.
Qeyd edim ki, bu hal yalnız dövlət müəssisələrinin rezidentlərinə aiddir. Özəl tibb müəssisəsələrinin rezidentləri maaşı vaxtı-vaxtında alır”. Rezidentlərin şikayəti əsasında Səhiyyə Nazirliyinə və Maliyyə Nazirliyinə göndərilən informasiya sorğusu cavabsız qalıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























