• $
  • €
  • ₽
  • ₺
  • £

Sərhəddə insient

Sərhəddə insient
27.03.2017 22:40
Qaçaqmalçılar xəbərdarlıq atəşindən sonra geriyə qayıdıblar.

ANN.AZ/ Azərbaycanın dövlət sərhədinin pozul­masının və külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. 

Bu barədə "ANN”a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Belə ki, Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd edən iki nəfər sərhəd pozucusu aşkar edilib.

Təqib olunan sərhəd pozucuları sərhəd naryadının "dayan” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq, üzərlərində olan qaçaqmalı ataraq havanın qaranlıq olmasından və sərhəd xəttinə yaxın olmalarından istifadə edərək geriyə qaçmağa müvəffəq olublar. Xidməti ərazidə aparılan axtarış tədbirləri nəticəsində 546 konvolyut "T-DOOL”, 300 konvolyut "Pregabalin,” 930 konvolyut "FOX DOL”, 30 konvolyut "Methadone”, 500 konvolyut "T-DOLL 200 ml”, 1000 ədəd "Mydrax” markalı psixotrop preparatları, 15 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülüb.

Sərhəd pozucularının şəxsiyyətlərinin müəyyən edilərək saxlanılması məqsədilə müqabil tərəf məlumatlandırılıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol