“CinemaPlus”da Novruz bayramı festivalı keçirilib

Bakı, 27 mart: Novruzun qeyd olunması – xalq adətlərinin ən gözəllərindən biridir. Novruz – yaz bayramı, yeni ilin gəlməsidir.
"CinemaPlus” kinoteatrlar şəbəkəsi ənənəni pozmayaraq, möhtəşəm festival keçirib. Milli geyimlər geyinmiş rəqqaslar, milli musiqi ifalarının müşayiəti altında rəqs edərək kinoteatrın foyesində 28 Mall və Ganjlik Mall ticarət mərkəzlərində yürüş ediblər. Qonaq və tamaşaçılar böyük məmnuniyyətlə bu yürüşə qatılıblar, xatirə şəkilləri və selfi çəkdiriblər.
"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























