• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bananın qiyməti kəskin bahalaşdı

Azərbaycanda bananın qiyməti kəskin bahalaşdı
27.03.2017 15:59
Azərbaycanda bananın qiyməti kəskin bahalaşıb.
 
Bu haqda AZXEBER.COM-a satıcılar məlumat verib.
 
Onların dediyinə görə, bir müddət əvvəl hətta 2 manatdan aşağı satdıqları bananın topdansatış qiyməti hazırda 3.50-3.60 AZN arasında dəyişir. "Əvvəl bu məhsulun qutusunu 35 manata alırdıqsa, indi 70 manatadır. İndiki halda bananın hər kilosunda bizə 20 qəpik qalır. Ancaq biri qaraldısa, ziyana düşürük”-ticarətçilərdən biri deyib. Satıcılar bananın qiymətində bayramdan sonra bahalaşmanın müşahidə olunmasını anlaşılmaz sayırlar: "Bu günlərdə mətbuatda oxuduq ki, Avropa ölkələrində Novruz bayramı günlərində endirimlər olub. Ancaq bizdə nəinki bayramda, ondan sonra da bahalaşma dayanmır”.
 
Qeyd edək ki, bir neçə ay bundan əvvəl bananın qiymətində endirim olarkən bu məhsulun monopoliyasına son qoyulduğu və onun idxalının sərbəst buraxıldığı iddiası var idi. Ancaq son gəlişmə bunun əksini deyir. Yeri gəlmişkən, bayramdan sonra digər məhsulların da ucuzlaşacağı ilə bağlı gözləntilər də özünü doğrultmayıb. Məsələn, son bir-iki gündə şabalıd 5-6 manatdan 8 manatadək bahalaşıb. Manatın məzənnəsinin sabit qaldığı, hətta alıcılıq qabiliyyətinin aşağı düşdüyü halda, bu bahalaşmanın səbəbi bəlli deyil.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol