• $
  • €
  • ₽
  • ₺
  • £

Dərman gətirən şəxs aeroportda saxlanıldı

Dərman gətirən şəxs aeroportda saxlanıldı
28.03.2017 19:45
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən xeyli miqdarda dərman vasitəsinin qanunsuz dövriyyəsilə əlaqədar fakt qeydə alınıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Heydər Əliyev Beynəlxalq Hava Limanında Naxçıvan-Bakı aviareysilə gələn sərnişinləri qarşılayan Azərbaycan vətəndaşı saxlanılıb.

Həmin şəxsin ayrı-ayrı sərnişinlərdən təhvil aldığı üç ədəd çantanın içərisindəki malların yoxlanılması zamanı, oradan "Devit-3 İ.M/Oral AMPUL", "Transamine %5 a/h İ.M./İ.V. Enjeksiyonluk Çözelti Traneksamik Asit 10 AMPUL", "Transamine %10 a/h İ.M./İ.V. Enjeksiyonluk Çözelti Traneksamik Asit 10 AMPUL" və "Proluton Deport 500mg/2ml" adlı cəmi 422 ədəd dərman vasitəsi aşkar olunub.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin arayışına əsasən, adıçəkilən dərman vasitələri dövlət reyestrində qeydiyyatdan keçməsi mütləq olan dərman vasitələrinin siyahısına daxildir, lakin onların heç biri dövlət qeydiyyatından keçməyib.

Xatırladaq ki, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər xeyli miqdarda törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1-ci maddəsinə əsasən müvafiq məsuliyyətə səbəb olur.

Faktla bağlı araşdırma aparılır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol