• $
  • €
  • ₽
  • ₺
  • £

İşıq pulu arta bilər

İşıq pulu arta bilər
28.03.2017 12:45
Artıq martın 25-dən Azərbaycana elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük rüsumundan azad edilib. Bu, Nazirlər Kabineti 2017-ci il fevralın 23-də dərc edilən və bir ay sonra, martın 25-də qüvvəyə minən "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Qərarında dəyişiklikdə əksini tapıb.

HERXEBER.COM xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq. Bu qərar 2018-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.

Maraqlıdır, bu, elektrik enerjisinin qiymətinin aşağı düşməsinə səbəb ola bilərmi?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban açıqlamasında bunun elektrik enerjisinin qiymətinə hər hansı təsirinin ola bilməyəcəyini deyib:

"Əksinə, bu, elektrik enerjisinin qiymətinin artımına gətirib çıxara bilər. Çünki bu, idxal olunan mazutdur, daxili məhsul deyil. İdxal olunan mazut isə xaricdən valyuta ilə alınır. Nazirlər Kabinetinin də qərarı ona yönəlib ki, mazutun əlavə dəyər vergisi olmasın. Yəni, energetiklər enerjinin maya dəyərinin bahalaşmasına əlavə gərginlik yaratmasın. İdxal olunan mazutun gömrük rüsumundan azad edilməsi bu baxımdan edilib".

Daxildə istehsal olunan mazutun keyfiyyətinə və həcminə gəlincə, ekspert qeyd edib ki, bu, sırf neftayırma zavodlarının funksionallığı ilə əlaqədardır:

"Əgər neftayırma zavodundan daha çox mazut ölkənin tələbatına uyğun istehsal olunsaydı, onda yüngül fraksiyalı neft məhsulları o qədər azalmış olardı. Yüngül fraksiyalı neft məhsulları isə yanacaq deməkdir. Yəni, avtomobil benzini, dizel yanacağı və kerosin. Bu məhsullar çox bahalıdır. Nəticə etibarilə gərək biz onları idxal edək.
 
Mazutu isə böyük həcmdə idxal etmirik və onun qiyməti ucuzdur. İqtisadi baxımdan götür-qoy edilib bu addım atırlar. Azərbaycanda mazutu ancaq energetiklər istifadə edir".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol