• $
  • €
  • ₽
  • ₺
  • £

Kəmaləddin Heydərov kitab şəbəkəsi yaradır

Kəmaləddin Heydərov kitab şəbəkəsi yaradır
28.03.2017 14:15
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yeni bines sahəsinə qədəm qoyub.

"Qaynar"ın əldə etdiyi məlumata görə, nazir ərzaq, turizm, kənd təsərrüfatı, bankçılıq, pambıqçılıq, tikinti, təhsil və başqa bizens sahələrinin ardınca kitab biznesinə başlayıb. Məlumatda bildirilir ki, Heydərov müxtəlif adlarda nəşriyyatlar yaratmaqla ölkədə bütün sahələrdə nəşr edilən kitabları öz nəzarəti altına alır. 

Məqsəd özəl nəşriyyatları sıxışdırıb bazardan çıxartmaqla bir mərkəzdən idarə olunan nəşriyyatlar yaratmaqdı. Artıq nazirin nəzarətində olan TEAS, 3 ALMA və AZBOOK nəşriyyat evləri yaradılıb. 

Kəmaləddin Heydərov nəşriyyat evləri ilə yanalı, yeni kitab satışı şəbəkəsi də yaradır. İlk belə mağaza Bakı Hava limanında fəaliyyətə başlayıb. Məlumata görə, Bakıda böyük gipermarketlər kimi fəaliyyətə başlayan BRAVO-ların böyük hissəsini yeni kitab şəbəkələri tutacaq. BRAVO Ukrayna dairəsinə yaxın, köhnə Nargilə kafesinin yanında növbəti gipermarketini açmağa hazırlaşır. Ondan sonra isə isə 20 yanvar metrostansiyasının yaxınlığından, köhnə Avtovağzal ərazisində gipermarket açılacaq.

Kəmaləddin Heydərovun kitab mağazaları əsasən köhnələri ləğv etməklə onların yerində fəaliyyət göstərəcək. Artıq bu yöndə ilk addımlar atılıb. Nazirin böyük alış-veriş mərkəzlərində fəaliyyət göstərən "Əli və Nino" kitab satış mərkəzlərinin yerində öz mağazalarını açmaq məqsədi ilə danışıqlara başladığı bildirilir. Məlumata görə, "Əli və Nino"nun çox sayda işçisi artıq Kamaləddin Heydərovun kitab şəbəkəsinə transfer olunub.

Yeni yaranan mərkəz xaricdən gələn kitabları da nəzarətə götürür. Belə ki, Türkiyə və Rusiyadan gələn kitabların vahid satış bazası formalaşdırılır. Bu isə da o deməkdir ki, adıçəkilən ölkələrdən gələn kitablara gömrükdə ciddi əngəllər yaradılır.
 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol