• $
  • €
  • ₽
  • ₺
  • £

“Word” proqramına süni intellekt tətbiq edilib

“Word” proqramına süni intellekt tətbiq edilib
31.03.2017 17:40
"Microsoft” şirkəti "Office 365” paketinə daxil olan "Word” proqramı üçün "Korrektor” panelini təqdim edib. Paneldə süni intellekt texnologiyaları tətbiq olunur. Bu, qrammatik səhvləri düzəltməklə yanaşı, həm də mətnin üslubiyyatının yaxşılaşdırılması üçün istifadəçilərə kömək etməyə imkan verir.

ANN.Az AZƏRTAC-a istinadla xəbər verir ki, "Korrektor” paneli "Word” proqramındakı "Yazı qaydaları” funksiyası kimi işləyir və yazı üslubunun təkmilləşdirilməsi üzrə təkliflər siyahısı təqdim edir. Məsələn, "maybe” və "basically” ("ola bilər” və "əsasən”) sözlərini mənanı itirmədən silmək mümkün olarsa, onlar "şübhəli” kimi işarələnir.

İlk baxışda alqoritm sadə görünür, lakin "Word” yalnız müəyyən siyahıdan sözləri tapmır. Məsələn, really ("həqiqətən”) sözü "həqiqətən yaxşı” mənasında işləndiyində işarələnir. Bu halda, sadəcə "yaxşı” yazmaq daha uyğundur və "Word” bunu "məsləhət görür”. Əgər müəllif "Həqiqətən?” sualını verərsə, proqram anlayacaq ki, bu sözü başqa sözlə əvəz etmək mümkün deyil və daha başqa təklif irəli sürməyəcək.

"Korrektor” paneli standart orfoqrafiya panelində yer alıb və F7, yaxud kontekst menyusunda vurğulanmış sözün üzərinə basmaqla istifadə olunur. "Word” potensial qrammatik səhvləri ikiqat göy xətlə, üslub çatışmazlıqlarını isə sarı punktirlərlə (qırıq xətlərlə) qeyd edir.

"Office” və "Microsoft”un digər məhsullarının istehsalçıları son zamanlar intellektual alqoritmlərə əsaslanan funksiyaları fəal tətbiq edirlər. Belə ki, 2014-cü ildə "Skype”da neyroşəbəkə texnologiyası əsasında danışığın avtomatik tərcüməsi meydana çıxmışdı. 2016-cı ildə isə "Office” proqramına lüğət tərifləri və ensiklopedik arayışları tapan "İntellektual axtarış” funksiyası əlavə olunub.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol