• $
  • €
  • ₽
  • ₺
  • £

Paytaxtda satılan "ölüm kolbasaları"

Paytaxtda satılan "ölüm kolbasaları"
31.03.2017 15:41
Bakıda insanları şoka sala bilcək qədər ucuz qiymətə kolbasalar satılır.

ANN.Az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə gənc jurnalist Şahin Sərdarlı məlumat yazıb. O bildirib ki, "Koroğlu" metro stansiyası yaxınlığında kiloqramı 2,50 AZN-ə kolbasalar satılır. Deyilənlərə görə, həmin məhsullar ya Rusiyadan gətirilir, yaxud da, hansısa sexlərdə istehsal olunur.

Mütəxəssislər də belə məhsulların insan üçün ölüm mənbəyi olduğunu düşünürlər. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov ölkə.az-a açıqlamasında bildirib ki, belə məhsullardan istifadə edən insanlar sağalmaz xəstəliklərə düçar ola bilərlər.

"Kolbasaların qiyməti onun keyfiyyətindən xəbər verir. İlk baxışdan həmin məhsullarda normal ətin olmadığı aydın görünür. Yer üzündə soya ət var. Əti əvəz edən çoxlu komponentlər var. Belə məhsullar arzuolunmaz ətlərdən, yaxud ət əvəzedicilərindən hazırlanır. Belə məhsullar insan həyatı üçün çox zərərlidir. İnsanın genefondunu dağıdır, onları iflic edir", - Eyyub Hüseynov bildirib.

Rəsmilər də belə məhsulların satılmasının qadağan olduğunu deyirlər. Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov sayta açıqlamasında bildirib ki, həmin məhsulların küçədə açıq şəraitdə satışı qəti qadağandır.

"Siz deyilən əraziləri sabah müəyyən edəcəyik. Həmin ərazilərdə mütləq yoxlamalar aparılacaq. Belə hal aşkarlanarsa, həmin şəxslər qanunla mütləq cəzalandırılacaq. Bizim tərəfdən mütəmadi reydlər davam etdirilir. Belə reydlər intensiv hal alıb. Kənd təsərrüfatı məhsullarının şəhərə axını çoxalıb. Kartof, soğan, digər bostan məhsullar satışını həyata keçirənlər olur. Bəzən xiyar və pomidor satanlara rast gəlinir", - qurum rəsmisi bildirib.

Ə.Bağırov deyir ki, vətəndaşlar da belə məhsulları almaqdan qorxmalıdırlar:

"Ərzaq məhsulları, xüsusən ət məhsulları, süd, qatıq, kolbasaları satmaq qəti olmaz. Çünki bunlar tez xarab olan məhsullardır. Belə məhsullar mütləq ciddi yoxlanışdan keçəndən sonra satışa buraxılmalıdır. Belə məhsulları alanlar da həyatlarını təhlükə qarşısında qoyurlar. İnsanlara belə məhsulları almasınlar. Bu xəstəlik mənbəyidir".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol