Bakıda dərmanla dolu avtomobil yanıb

Bu gün Bakıda kiçik tutumlu yük maşını yanıb.
ANN.Az lent.az-a istinadən xəbər verir ki, Heydər Əliyev prospektində (Aeroport şosesi) - "Viola" gül salonunun qarşısında "Avromed" şirkətinə məxsus olan "Daewoo" markalı, 90 JO 396 dövlət nömrə nişanlı avtomobil yanıb. Sürücü son anda maşından düşərək canını qurtara bilib.
Avtomobil yük yerindəki dərmanlarla birgə tamamilə yanaraq kül olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























