• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda aksiya keçirilib – FOTOLAR

Bakıda  aksiya keçirilib – FOTOLAR
03.04.2017 22:37
2 aprel - Dünya Autizm Məlumatlandırma Günü münasibətilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin martın 30-da start verdiyi aksiya çərçivəsində Bakıda növbəti tədbir keçirilib.

ANN.Az AZƏRTAC-a istinadla xəbər verir ki, fləşmobla başlayan tədbir Azərbaycan Xalça Muzeyinə yürüşlə davam etdirilib.

Daha sonra "Mavi işıqla işıqlandır” ("Light it up blue”) şüarı altında Qız qalası, Alov qüllələri, "Baku Crystal Hall”, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) binası və Bakı Olimpiya Stadionu (BOS) mavi rənglə işıqlandırılıb.

Autizm erkən yaş dövründə başlayan, sosial münasibətlərdə və ünsiyyətdə problemlərin olması ilə özünü büruzə verən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Bu xəstəlik özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir və təxminən hər min uşaqdan beşində müşahidə olunur.

BMT 2007-ci il dekabrın 18-də hər il aprelin 2-nin Dünya Autizm Məlumatlandırma Günü kimi qeyd edilməsini qərara alıb. Azərbaycanda da ictimaiyyətin diqqətini autizmin spektr pozuntuları ilə üzləşmiş insanların və ailələrin ehtiyaclarına yönəltmək, əhalini həmin xəstəlik üzrə maarifləndirmək məqsədilə hər il silsilə tədbirlər keçirilir.
 



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol