• $
  • €
  • ₽
  • ₺
  • £

Əlillərə yaxşı xəbər

Əlillərə yaxşı xəbər
03.04.2017 20:40
Cari ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən (ƏƏSMN) əlilliyi olan şəxslər 6 878 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunublar.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin yanvar-mart aylarında ƏƏSMN-in Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 2 801 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Həmin şəxslərdən 428 nəfərini Qarabağ müharibəsi əlilləri təşkil edib.

Qeyd olunan dövrdə əlilliyi olan şəxslərə 254 ədəd aşağı və yuxarı ətraf protezi, 386 ədəd aşağı və yuxarı ətraf ortezi, 126 ədəd bel və boyun nahiyəsi üçün korset, 2 311 ədəd müxtəlif reabilitasiya vasitəsi, 275 ədəd dirsəkaltı ağac, 78 ədəd dördayaqlı dayaq vasitəsi verilib. Bu təbəqədən olan insanlar həmçinin 574 cüt protez ayaqqabı və 1 067 cüt ortopedik ayaqqabı, 166 cüt qoltuqaltı ağac, 563 ədəd əsa, 49 ortopedik aparat və s. ilə təmin olunublar. Əlilliyi olan şəxslərin ehtiyaclarına uyğun olaraq əlil arabaları, eşitmə aparatları ilə təminatı istiqamətində də müvafiq işlər görülüb. Eləcə də onlara məxsus 182 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilib və yenidən onların istifadəsinə verilib.

Ümumilikdə, 2017-ci ilin yanvar-mart aylarında ƏƏSMN tərəfindən əlilliyi olan şəxslər 6 878 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunublar.

Protez-Ortopedik Bərpa Mərkəzinin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində amputasiya olunmuş əlillərin protezləşməyə hazırlanması, protezlə hərəkət edilmənin öyrədilməsi, serebral iflicin fəsadlarının, anadangəlmə bəzi qüsur və deformasiyaların aradan qaldırılması və s. məqsədilə 146 nəfər əlilliyi olan şəxsə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol