• $
  • €
  • ₽
  • ₺
  • £

Cocuq Mərcanlıda qəsəbə tikintisi iyunda bitəcək

Cocuq Mərcanlıda qəsəbə tikintisi iyunda bitəcək
03.04.2017 17:38
"İlkin mərhələ üçün Cocuq Mərcanlı kəndində aparılan tikinti işləri 2 aya yekunlaşacaq, mayda başa çatacaq. Eyni zamanda kənddə Şuşa məscidinin analoqu olan məscid də tikiləcək”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində səfərdə olan baş nazirin müavini, Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə.Həsənov Cocuq Mərcanlıda ilk qəsəbənin açılışının 15 iyun - Qurtuluş Günündə baş tutmasının nəzərdə tutulduğunu açıqlayıb:

"Mən inşaatçılardan işlərin daha sürətlə həyata keçirilməsini xahiş etdim. İnşaatçılar nə mümkündürsə, edirlər. 10-15 günə bu işlər görülübsə, böyük nəticədir. Heç bir yerdə insanlar belə həvəslə işləmirlər. Bu kəndin ab-havası, qayıdış prosesdə tikintinin sürətinə təsir edib”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol